Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə aprelin 18-21-də Fransada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilib. 
      
   Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş bu tədbirlər çərçivəsində Parisin “Evrö” otelində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı tamaşaçılarda böyük maraq doğurub. Bu fikir sərgiyə dair http:// montrichardandco.agence.presse.net saytında yerləşdirilmiş yazıda yer alıb.
   Məqalədə “Odlar diyarı, Azərbaycanın modern əsərləri“ adlı sərgidə ölkəmizin tanınmış fırça ustalarının yaradıcılığında impressionizm cərəyanının zəngin ənənələrinin və müasirliyin əyani şəkildə nümayiş etdirilməsindən bəhs olunur. Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığı, Bakı şəhərinin mədəniyyətlərin və sivilizasiyaların mərkəzi olduğu bildirilir, Azərbaycanda incəsənətin yüksək səviyyədə inkişafı, azərbaycanlı rəssamların əsərlərinin dünya muzeylərində nümayiş etdirildiyi diqqətə çatdırılır.
   Sərgidə 18 azərbaycanlı rəssamın 34 əsərinin nümayiş etdirilməsi barədə fransız oxucularına məlumat verilir. Yazıda fransızların dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına yaxından bələd olduqları bildirilir.
   Azərbaycan-Fransa əlaqələrinin inkişafında xüsusi xidməti olan respublikamızın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə bu il Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində fevral ayında möhtəşəm qala-konsertinin fransızlar arasında böyük əks-səda doğurduğu, mədəniyyət günlərinin davamı kimi “ Odlar diyarı, Azərbaycanın müasir əsərləri “ sərgisinin iki ölkə arasında digər sahələrdə olduğu kimi incəsənət sahəsində də əməkdaşlığın inkişafına öz töhfəsini verdiyi bildirilir.
   Yazıda əsərləri nümayiş etdirilən rəssamların hər birinin tərcümeyi-halı və yaradıcılığı barədə qısa məlumat verilib. Məqalədə həmçinin “Azərbaycanı kəşf et” başlıqlı yarımsərlövhədə ölkəmiz haqqında ətraflı məlumat yer alıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar