Xəbər verdiyimiz kimi, Hyuston Beynəlxalq festivalında iştirak etmək üçün ABŞ-da səfərdə olan Azərbaycan mədəniyyət və incəsənət ustaları bu beynəlxalq musiqi bayramında böyük uğurla çıxış ediblər. 
   
   Festival çərçivəsində müxtəlif səhnələrdə çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam dördlüyü nümayiş etdirdikləri rəqs nömrələri və gözəl muğam ifaları ilə geniş tamaşaçı kütləsinin alqışlarını qazanıb.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin Los-Ancelesdəki baş konsulluğu ilə birgə təşkil etdiyi səfər gedişində incəsənət ustalarımız Hyustondan sonra Los-Anceles, Santa-Monika və San-Fransisko şəhərlərində (Kaliforniya ştatı) uğurla çıxış ediblər.
   Mayın 12-də Los-Ancelesdə sənətçilərimiz maraqlı konsert proqramı təqdim ediblər. Konsert Los-Ancelesin 1200 nəfərlik tamaşaçı zalı olan Wilshire Ebell Teatrında anşlaqla keçib. Amerikalı tamaşaçılara təqdim olunan ikihissəli proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı, Emil Əfrasiyabın rəhbərliyi ilə folk-caz qrupu və muğam dördlüyünün çıxışı alqışlarla qarşılanıb.
   Mayın 13-də Santa-Monikanın mərkəzi küçələrindən birində, açıq səma altında Azərbaycan Dövlət Rəqs Ansamblının daha iki konserti keçirilib.
   Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransisko şəhərindəki “Fort Meyson” mədəniyyət mərkəzində yekun konsertlə başa çatıb. Burada da tamaşaçılar istedadlı pianoçu Emil Əfrasiyabın rəhbərlik etdiyi qrupun etno-caz proqramını və Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışlarını hərarətlə qarşılayıblar. Şimali Kaliforniyanın müxtəlif şəhərlərindən gəlmiş tamaşaçılar arasında Azərbaycanın Xalq artisti Çingiz Sadıqov da var idi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar