Mayın 24-də TÜRKSOY-un Ankaradakı mərkəzi binasında Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun anadan olmasının 60 illiyi münasibətilə onun əsərlərindən ibarət “Türk dünyası” adlı sərgi açılıb. Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 30 tablosu nümayiş etdirilir.
   Qeyd edək ki, 15 ildən artıqdır ki, Almaniyada yaşayan Əşrəf Heybətov bu günlərdə Berlində yubiley sərgisini keçirib. Berlin Senatında təşkil olunan sərgidə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə olduğunu deyib. Səfir rəssam Əşrəf Heybətovun uzun müddət ölkəmizdən kənarda yaşadığını qeyd edərək Azərbaycan mədəniyyətinin təbliğində mühüm işlər gördüyünü bildirib.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar