İyunun 5-də ölkəmizin İsveç Krallığındakı səfirliyinin təşkilatı dəstəyi ilə bu ölkənin qədim şəhərlərindən sayılan Uterşberqdə Azərbaycan rəssamları Eldar Babazadə və Müseyib Əmirovun əsərlərindən ibarət sərgi açılıb. 
   Sərginin açılışında İsveçdə işgüzar səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib. Açılış mərasiminə İsveçin tanınmış rəssamları, ziyalıları, incəsənət xadimləri qatılıblar.
   Mərasimdə çıxış edən səfir Rafael İbrahimov bu sərginin Skandinaviya regionunda Azərbaycan rəssamlarının ilk yaradıcılıq hesabatı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, İsveç rəssamlarının da Azərbaycanda sərgilərinin keçirilməsi ilə bağlı işlər aparılır.
   Qeyd edək ki, Uterşberq şəhəri Skandinaviya ölkələrində rəsm atelyesı şəhəri kimi tanınıb. Azərbaycan rəssamlarının sərgisi ilə bağlı məlumat İsveçin “Barqslaqsbladet” qəzetində işıqlandırılıb.
   Azərbaycan rəssamlarının sərgisi iyulun 10-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar