İyunun 14-dən “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yeni yay satış sərgisi açılıb. Bakı İncəsənət Mərkəzindən bildiriblər ki, satışa Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Əşrəf Heybətov, Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Qəyyur Yunus, Soltan Qara, Tatyana Ağababayeva, İsa Məmmədov, Sabir Kamil oğlu, Rusiko Çikvaidzenin əsərləri çıxarılıb. Satışa çıxarılan ən bahalı əsər Toğrul Nərimanbəyovun karton üzərində yağlı boya ilə işlənilən “Lirik kompozisiya” əsəridir. 1970-ci ildə çəkilmiş əsərin qiyməti 10 min 300 manatdır. Satış sərgisinin bir ay davam edəcəyi gözlənilir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar