İyunun 17-də İtaliyanın Milan şəhərində TÜRKSOY-un təşəbbüsü və bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının dəstəyi ilə türkdilli ölkələrin gənc rəssamlarının sərgisi açılıb. Sərgidə türk dünyasının 30-dan çox rəssamı, o cümlədən Azərbaycandan Rəşad Mehdiyev, Məmmədhüseyn Hüseynov və Murad Allahverdiyevin əsərləri nümayiş etdirilir. Bu rəssamlar TÜRKSOY-un keçirdiyi rəssamların görüşündə iştirak etmiş fırça ustalarıdır.
   Sərgini TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Milan bələdiyyəsinin mədəniyyət idarəsinin müdiri Umberto Marena açıblar. D.Kaseinov belə tədbirlərin Avropanın mədəniyyət və incəsənət mərkəzi olan İtaliyada keçirilməsinin italyan və türk xalqları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib, istedadlı gənclərə dəstək verməyin vacibliyini qeyd edib.
   Azərbaycanın Romadakı səfirliyinin nümayəndələri, İtaliyada Azərbaycan diasporunun üzvləri, habelə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Avropa və türkdilli ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri açılışda iştirak ediblər.
   Tədbirdə Milandakı Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəqs qrupunun italiyalı gənc üzvləri türk xalqlarının rəqslərini ifa ediblər. Düsen Kaseinov Milan bələdiyyəsinin nümayəndələrinə TÜRKSOY-un xatirə hədiyyələrini təqdim edib.
   Sərgi iyulun 3-dək Milanda, daha sonra Florensiya və Venesiya şəhərlərində davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar