Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iyunun 15-17-də Rusiyanın Perm vilayətində keçirilən “Bəyaz gecələr” festivalı çərçivəsində Azərbaycan mədəniyyəti günlərində iştirak edib. İyunun 16-da «Böyük Qafqaz» layihəsi çərçivəsində Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Perm vilayətinin mədəniyyət, gənclər siyasəti və kütləvi kommunikasiya naziri Nikolay Novıçkov festival iştirakçıları arasında Azərbaycanın incəsənət ustalarının olmasından məmnunluğunu bildirib. O, Azərbaycanın zəngin mədəniyyətə, beynəlxalq tədbirlərdə nümayiş olunan müasir incəsənətə malik olduğunu vurğulayıb.
   Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov minnətdarlıq əlaməti olaraq Nikolay Novıçkova Azərbaycan çayı və şərab təqdim edib. Öz növbəsində N.Novıçkov E.Abbasova müasir incəsənətin simvolu olan «Qırmızı adamcıq» fiquru bağışlayıb.
   Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin sədri Çingiz İsayev da diaspora adından tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib: «Bu festival müxtəlif millətlərin nümayəndələrini bir dam altında birləşdirib. Perm vilayətində insanların mehribanlıq içində yaşaması üçün hər cür şərait yaradılıb. Çox şadam ki, Perm mədəniyyət mərkəzinə çevrilib və ümid edirəm ki, bu layihə günü-gündən inkişaf edəcək». Festivalda Azərbaycanı Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı ilə yanaşı, Əfqan Rəsulun rəhbərliyi altında caz kvarteti təmsil edib. Azərbaycan incəsənət ustalarının rəngarəng çıxışları alqışlarla qarşılanıb.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar