İyunun 29-dan iyulun 1-dək xarici rəssamların iştirakı ilə İçərişəhərdə, Qız qalasının ətrafında beynəlxalq incəsənət festivalı keçiriləcək. Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsinin, Müasir İncəsənət Mərkəzinin və Art Gallery-nin (Qız Qalası) dəstəyi ilə reallaşacaq festivalda Azərbaycanın memarlıq nümunələri dəyişik bədii üslub və texnikalarda nümayiş olunacaq.
   Qeyd edək ki, beynəlxalq incəsənət festivalı Bakıda ötən ilin mayında keçirilmişdi. Həmin vaxt bu layihədə 18 ölkədən 20-dən çox rəssam iştirak etmişdi. Rəssamlar Qız qalasının maketini müxtəlif və öz milli üslublarına uyğun təqdim etmişdilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar