Ekoloji maarifləndirici layihə çərçivəsində fotosərgi
   
   İyulun 12-də Bakıdakı Fransa Mədəniyyət Mərkəzində “Yaşıl Velosipedçilər Klubu”nun həyata keçirdiyi “Yaşıl yollar inşa edirik” adlı ekoloji maarifləndirici layihə çərçivəsində fotosərgi təqdim olundu. “Yaşıl Velosipedçilər Klubu”nun rəhbəri Elşən Nuriyev layihə barədə məlumat verərək bildirdi ki, layihənin ilk mərhələsinə təlim proqramı, velosiped aksiyaları və fotosərginin təşkili daxildir.
   Daha sonra tədbirdə layihə boyu çəkilən şəkillərdən ibarət fotosərginin təqdimatı oldu. Qonaqlar tədbir sonrası fotosərgi ilə tanış oldular.
   Qeyd edək ki, “Yaşıl yollar inşa edirik” layihəsi ölkədə ekoloji nəqliyyatın təbliğinə yönəlib. Layihənin məqsədi ölkədə “yaşıl məsuliyyətli” davranışın formalaşmasına nail olmaq və velosipeddən istifadə mədəniyyətini inkişaf etdirməkdir. Layihə çərçivəsində Ağcabədi, Bakı, Gəncə və Sumqayıtdan olan 20 iştirakçı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, velosiped sürməklə bağlı stereotiplərin qırılmasına və yol təhlükəsizlik qaydalarına həsr olunmuş 3 günlük maarifləndirici seminarda iştirak ediblər. Seminardan sonra iştirakçılar 5 təcrübəli velosipedçi-ekoloqun rəhbərliyi altında Bakı və Bakıətrafı rayonlara təşkil olunmuş ikigünlük veloyürüşdə iştirak ediblər. Sentyabrın əvvəlinədək davam edəcək layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar