Bakıda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 12-də Müasir İncəsənət Muzeyi ilə tanış olub.
   Qonaqlara məlumat verilib ki, Muzey Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.
   Bildirilib ki, muzeyin dizaynının ideya müəllifi tanınmış rəssam Altay Sadıqzadədir. Muzeydə əsasən avanqard tərzdə işləyən tanınmış azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov, Müseyib Əmirov, Mahmud Rüstəmov, Rasim Babayev və digərlərinin əsərləri toplanıb.
   Muzeydə uşaq incəsənəti zalı, kitabxana, restoran, videozal və art-kafe fəaliyyət göstərir. Burada 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş etdirilir. Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar