İyunun 5-dən 27-dək “İbrus” teatrında görkəmli kinorejissor və operator, Xalq artisti Rasim Ocaqovun filmlərindən ibarət festival gerçəkləşəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festival çərçivəsində Rasim Ocaqovun “Park”, “Ad günü”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmləri daxil olmaqla 8 filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
   Məlumat üçün bildirək ki, Rasim Ocaqov 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. 1982-ci ildə Azərbaycan SSR Xalq artisti, 1980-ci ildə SSRİ Dövlət mükafatı və Azərbaycan SSR Dövlət Mükafatı laureatlarına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar