“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamına və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş tədbirlər planına əsasən, bölgələrdə dövlət müstəqilliyimizə həsr olunmuş fotosərgilərin keçirilməsi nəzərdə tutulur.
   Bununla əlaqədar Astara Dövlət Rəsm Qalereyasında fotosərgi təşkil olunub. Sərgidə Azərbaycanın müstəqillik tarixindən, eləcə də Astara rayonunda əldə olunmuş nailiyyətlərdən bəhs edən fotoşəkillər nümayiş olunur. Sərginin açılışında rayonun idarə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar