“Buta Film” kinoşirkətində “Sonuncu” adlı bədii filmin çəkilişləri yekunlaşıb. Sözügedən filmin ssenari müəllifi və rejissoru Teymur Daimidir. Filmin prodüseri Əli İsa Cabbarov, icraçı prodüseri isə Vidadi Rüstəmov, operatoru Teymur Daimi və Fərhad Babayevdir. Filmdə yazıçı Aleksandr Hakimov (baş rolda), Rəna Əhmədzadə, Basat Qorçu, Cabir Zeynalov, Fərizə Babayeva və başqaları çəkilib.
   Filmdə fantastik yazıçıdan bəhs olunur. Dünyanın sonu barədə yazdığı kitab-faciə “Sonuncu” ona böyük şöhrət gətirib. Yazıçı əsərdə yaratdığı dünyaya düşür. Evə qayıtmaq üçün (özünə dönmək üçün) yazıçı bütün yaradıcı adamların çətinliklə öhdəsindən gəldiyi məsələləri həll etməlidir. Hazırda film montaj və tamamlama işləri mərhələsindədir və payızda təhvil verilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar