İyunun 10-da Almaniyanın Detmol şəhərində VI Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (The 6th International Short Film Festival Detmold) başlayıb. Festivala Azərbaycan iki filmlə qatılıb. Günel Nəcəfzadənin "Tərəddüd" ("Up & Down") və Tamilla İbrahimovanın “Perpetuum Mobile.”
   
   Qeyd edək ki, hər iki film ABŞ-ın Bakıdakı səfirliyi və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyasının həyata keçirdikləri birgə proqram çərçivəsində çəkilib. Festival proqramında əsas diqqət gənc kinematoqrafçılara ayrılıb. Bu məqsədlə festival çərçivəsində ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
   Festivalda ABŞ, böyük Britaniya, Estoniya, Serbiya, Fransa, İspaniya, Sinqapur, Çexiya, Danimarka, Finlandiya, Rusiya, Xorvatiya, Boliviya, Avstriya, Macarıstan, Norveç, Polşa, Türkiyə, Kolumbiya, Monako kimi ölkələr də iştirak edir.
   Festival iyunun 13-dək davam edəcək.