“Salnamə” sənədli filmlər studiyası tərəfindən istehsal olunan rejissor Tahir Əliyevin “Təxəllüsü Mixaylo” sənədli filmi bu günlərdə Sloveniyada nümayiş etdirilib.
   
   2008-ci ildə istehsal olunmuş filmin ssenari müəllifi İntiqam Qasımzadədir. Avropanın bir neçə ölkəsində çəkilmiş film əfsanəvi partizan Mehdi Hüseynzadəyə həsr olunub. Film indiyədək «Qızıl cəngavər”, “Avroasiya”, “İnsan və müharibə”, “12-ci Beynəlxalq kinoforum”da iştirak edərək mükafatlara layiq görülüb, bu il Moskvanın “Strana tv” kanalı tərəfindən nümayiş üçün alınıb.
   Böyük hissəsi Sloveniya və İtaliya ərazisində çəkilmiş filmdə M.Hüseynzadənin cəbhə yoldaşları, silahdaşları, hətta “Uzaq sahillərdə” filminin bəzi prototipləri də iştirak ediblər. Filmin ərsəyə gəlməsində böyük köməyi olan insanlardan biri də Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili və filmin məsləhətçisi Gəray Muradovdur. Bu barədə rejissor da öz fikrini bildirdi: “Mən onun işini yüksək qiymətləndirirəm. Bu filmin çəkilməsində, materialların tapılmasında, ərazilərin seçilməsində birinci növbədə böyük köməyi olan insan G.Muradovdur. İki ay öncə filmin Sloveniyada nümayişi təklifi də onun tərəfindən irəli sürülüb. Film Novoqoritsa və Şempas şəhərlərində nümayiş olundu. Nümayişdə Sloveniyanın parlament nümayəndələri, diplomatik korpus, hökumət nümayəndələri iştirak edirdi. Novoqoritsanın meri Mirko Bruz bu filmə görə mənə şəhərin fəxri mükafatını təqdim etdi”.
   Rus və ingilis dillərinə tərcümə edilmiş film Perm (Rusiya) şəhərində də nümayiş olunacaq.
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar