2008-ci ilin Kann Festivalında ""Üç meymun"" filmi ilə ""Ən yaxşı rejissor"" mükafatını qazanan türk rejissoru Nuri Bilgə Ceylan məzunu olduğu İstanbulun Boğaziçi Universitetinin ""Fəxri doktoru"" adına layiq görülüb. Universitetin rektoru Kadri Özçaldıran bildirib ki, bu ad rejissora “türk kinosuna qazandırdığı poetik kinematoqrafa, dünya kinosunda qəbul etdirdiyi filmlərinə görə» təqdim olunur. Nuri Bilgə Ceylan ""Fəxri doktor"" adına layiq görüldüyü üçün xoşbəxt olduğunu vurğulayıb. Qeyd edək ki, məşhur rejissor Boğaziçi Universitetinin Elektrik və elektronik fakültəsinin məzunudur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar