İyunun 17-də Dövlət Film Fondunda “Əsgər” filminin təqdimatı keçirilib. “Büllur” studiyasının istehsal etdiyi filmin ssenari müəllifi Billurə Cavadqızı, quruluşçu rejissoru Etibar Məmmədovdur. Film Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş, “Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuş İbad Hüseynovun həyat və döyüş yoluna həsr olunub.
   45 dəqiqəlik sənədli filmin təqdimatında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə və başqaları çıxış ediblər. Onlar İbad Hüseynovun qəhrəmanlığından, döyüşlərdə göstərdiyi şücaətlərdən söz açıblar. Qənirə Paşayeva bildirib ki, filmin televiziya ekranlarında nümayişi təşkil olunacaq. Çıxışlardan sonra “Əsgər” filmi göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar