Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Onun ürəyi” adlı yeni filmin çəkilişlərinə start verilib. “Salnamə” studiyası və “AGP production”-un birgə istehsalı olacaq film nağıl-müzikl janrındadır. “AGP production”dan verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafikaçısı Tural Səfərovdur. Filmdə baş rolları Murad Abdullayev və Aysel İbrahimova ifa edirlər.
   25 dəqiqəlik film xeyirlə şərin mübarizəsindən bəhs edir. Bakı və İsmayıllıda gerçəkləşəcək filmin çəkilişləri iyulun sonunadək davam edəcək. Premyera isə dekabr ayına nəzərdə tutulur.
   Qeyd edək ki, rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək” və “Niyyət” filmlərini ekranlaşdırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar