İyunun 14-də R.Behbudov adına Mahnı Teatrında görkəmli aktyor, Xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “İkinci ömür” sənədli filmi tamaşaçılara təqdim olundu. Qeyd edək ki, filmin rejissoru Gülnarə Abdullayevadır.
   
   Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin nümayəndələrinin, aktyorun yaxınlarının, dostlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə L.Abdullayevin yaradıcılığı barədə məlumat verildi, aktyorun zəngin obrazlar qalereyasından, teatr tamaşaları, kinofilmlərdə yaratdığı rollardan söz açıldı. Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən L.Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Aktyor zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar