Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlindəki „“Moviemento” Kino Evinə etiraz məktubu göndərib. Buna səbəb iyunun 3-9-da mühacir erməni rejissoru Don Askaryanın burada nümayiş etdirilən sənədli filmləri arasında „“Dağlıq Qarabağ” («Berg Karabach») adlı iftira və yalan üzərində qurulmuş filminin olmasıdır. Filmin iştirakçıları olan Qarabağ erməniləri Azərbaycana qarşı böhtançı siyasətlə çıxış edir, faktları saxtalaşdırırlar.
   
   Azərbaycanın Almaniyadakı səfirliyinin məsələ ilə bağlı təqdim etdiyi məlumatı araşdıran Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi „“Moviemento” Kino Evinə məktub ünvanlayaraq reallığı əks etdirməyən belə bir filmin nümayişinə kəskin etirazını bildirib, erməni quldur dəstələrinin Xocalıda törətdiyi soyqrımı barədə məlumat verib. Məktubunda Qarabağ həqiqətlərinin azərbaycanlıların dilindən də dinlənilməsi və bu məzmunda çəkilmiş, Azərbaycanın haqlı mövqeyini əks etdirən filmlərin nümayiş olunması, eyni zamanda, Kino Evinin rəhbərliyi ilə görüşün təşkili tələb edilir.
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar