Xalq rəssamı Elmira Şahtaxtinskaya haqqında sənədli film çəkilir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, “Yaddaş” sənədli filmlər studiyasında çəkilən filmin rejissoru Gülnarə Abdullayevadır.
   Filmdə SSRİ-nin Xalq rəssamı Tahir Salahov, Azərbaycanın Xalq rəssamı Salhab Məmmədov, heykəltəraş Fuad Salayev və başqalarının Elmira Şahtaxtinskaya haqqında xatirələri yer alacaq. E.Şahtaxtinskaya Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini (1950) və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirib. Rəssam görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlərini yaradıb.
   1930-cu ildə Bakıda anadan olan Elmira Şahtaxtinskaya 1996-cı ildə vəfat edib.