“Salnamə” kinostudiyası Sankt-Peterburqun “Lennauçfilm” studiyası ilə birgə II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş həmyerlimiz təyyarəçi Hüseynbala Əliyev haqqında sənədli film çəkir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur.
   Film sənədli olsa da, bədii səhnələrlə zəngindir. Qəhrəmanın uşaqlıq və gənclik dövrünü Sankt-Peterburqdan olan aktyorlar canlandıracaqlar. Çəkilişlər hər iki şəhərdə aparılır. İki dildə olacaq filmin rus variantı iyulun axırında, Azərbaycan variantı isə avqustda tamaşaçılara təqdim ediləcək.
   Qeyd edək ki, Hüseynbala Əliyev 1918-ci ildə Bakıda anadan olub. Böyük Vətən müharibəsində hərbi təyyarəçi kimi qəhrəmanlıqlar göstərən həmyerlimiz Leninqrad səmasında 10-dək faşist təyyarəsini məhv edib. Son döyüşündə qəhrəmancasına həlak olan Hüseynbala Əliyev müharibədə «Lenin» ordeni ilə təltif edilən ilk azərbaycanlı döyüşçüdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar