“Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Dədə Qorqud” milli xeyriyyə Fondunun vitse-prezidenti, Ukraynada yaradıcılıq ezamiyyətində olan Eldar İsmayılov keçmiş SSRİ-nin və Ukraynanın tanınmış teatr və kino aktyoru, SSRİ xalq artisti Boqdan Stupkaya “Vətən oğlu” (“Sın oteçestva”) qızıl ordenini təqdim edib. Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev iştirak edib.
   
   Boqdan Silvestroviç Stupka bu yüksək mükafata mədəniyyət və incəsənət sahəsində Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf etdirilməsi və dərinləşdirilməsi işinə sanballı şəxsi töhfəsinə və Ukrayna cəmiyyəti qarşısında xidmətlərinə görə layiq görülüb.
   Xatırladaq ki, B.Stupka 1999-2001-ci illərdə Ukraynanın mədəniyyət və incəsənət naziri olub. 2001-ci ildən Kiyevdəki İvan Franko adına teatrın bədii rəhbəridir.
   Yeri gəlmişkən, Boqdan Silvestroviçin həyat yoldaşı Larisa xanım həmyerlimizdir. Bakı Xoreoqrafiya məktəbini bitirib, məşhur xoreoqraf, SSRİ xalq artisti Qəmər Almaszadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar