«Fox» kinoşirkəti yenidən kosmosa uçmağı planlaşdırır. “Avatar” filminin uğurundan sonra şirkət daha iki elmi-fantastik filmin çəkilişlərinə başlamağı qərara alıb. 
   Prodüsser Con Devis mətbuata verdiyi açıqlamasında məşhur yazıçı Rey Bredberinin hələ 1950-ci ildə qələmə aldığı “Mars xronikası” əsərinin ekranlaşdırma hüququnu əldə etdiyini bildirib. Prodüsser filmin məzmunu haqqında da qısa məlumat verib. Fantastika ilə zəngin film Yer kürəsinin dağılması, Mars planetindən uçub gələn canlıların burada məskunlaşması və insanlarla yadplanetlilərin qarşıdurmasından bəhs edir. Filmin ssenarisinə əsasən, burada baş verən hadisələr 2000-2005-ci illəri əhatə edəcək. Qeyd edək ki, bu əsər əsasında film ilk dəfə 1980-ci ildə ekranlaşdırılaraq Amerikanın NBC kanalında dörd saatlıq mini serial şəklində nümayiş olunub.
   Prodüsser Con Devis “İon” adlı növbəti film haqqında da söz açaraq uzun müddət Hollivud kinosunu dolaşan və fərqli-fərqli studiyaların diqqətini çəkən ssenarinin də «Fox» kinoşirkəti tərəfindən alındığını bildirib. Qeyd edək ki , filmin ssenari müəllifləri olan Ridli və Toni Skott qardaşları baş rolun ifaçısını da artıq müəyyənləşdiriblər. Filmdə baş rolu ifa etmək üçün məşhur aktyor Çenninq Tatumun dəvət olunduğu bildirilir. Aktyor baş rolu ifa etməklə yanaşı , həm də filmin prodüsserlərindən biri olacaq.
   
   Vəfa Zeynalova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar