Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Niyyət” filmi növbəti beynəlxalq festivala hazırlaşır. Film sentyabrda Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ənənəvi “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalında nümayiş etdiriləcək.
   Festivalda filmin yaradıcı heyəti də iştirak edəcək. Filmin ssenari müəllifi Yavər Rzayev, bədii rəhbəri Rüstəm İbrahimbəyovdur. Baş rollarda Fuad Axundov, Rövşən Məmmədov, Münəvvər Əliyeva və Nahidə Əliyeva çəkilmişlər. İki variantda - Azərbaycan və ingilis dillərində olan film 2009-cu ildə Berlin festivalında iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar