Xalq rəssamı Rasim Babayevin Kazan şəhərində sərgisi

2014-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Kazan şəhərindəki “Ermitaj-Kazan” mərkəzində Azərbaycanın Xalq rəssamı Rasim Babayevin əsərlərindən ibarət “Həqiqət axtarışında” mövzusunda sərgi açılıb.

Sərgi Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, “Kazan Kremli” dövlət tarix-memarlıq və rəssamlıq muzey-qoruğu və Mərcani Fondu tərəfindən təşkil edilib. Bu, Rasim Babayevin son illərdə Rusiyada təşkil edilən ikinci böyük sərgisidir. Bundan əvvəl onun işləri Dövlət Şərq Muzeyində (Moskva) nümayiş etdirilmişdi. Kazandan sonra həmin əsərlər Sankt-Peterburqda sərgilənəcək.
Rasim Babayev (1927-2007) V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsini bitirib. Rəssamın əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Rusiya Rəssamlar İttifaqında, Tretyakov Qalereyasında, “De France” qalereyasında saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar