Ölkəmizin Macarıstandakı səfirliyi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə mayın 13-dən 16-dək Budapeşt şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın gənc rəssamları Macarıstanda” adlı sərgi keçirəcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Budapeştdəki “KOGART” qalereyasının təşkilati dəstəyi ilə reallaşacaq sərgidə 29 rəssamın 120 əsəri nümayiş etdiriləcək. Sərginin açılışı mayın 14-də “KOGART” qalereyasında olacaq.
Mərkəzdən onu da bildiriblər ki, bu ilin əvvəlindən Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanılıb. Ona görə də sərginin aksiya şəklində keçirilməsi planlaşdırılır. Sərgidə satışa çıxarılacaq əsərlərdən əldə olunacaq gəlirin 25 faizi səfirliyin xətti ilə görmə qabiliyyəti zəif olan uşaqların hesabına köçürüləcək.
Azərbaycanın gənc rəssamları Macarıstanın görməli yerlərini ziyarət edəcək, eləcə də Avropanın mədəniyyət mərkəzi sayılan Vyanaya (Avstriya) birgünlük səfər edəcəklər.