Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaq. Heydər Əliyev Mərkəzindən bildiriblər ki, sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaq.
Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə cəlb etməkdir. Sərgidə müəllifin 35 əsəri təqdim ediləcək. Adrian Sternin Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son on il ərzində Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar