Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunur.

Kolleksiyanı təqdim edən “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster nümayiş olunan əsərlərin tarixçəsindən söz açıb: “Bu layihənin əsası dörd il bundan əvvəl Leyla xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında nə düşündüyümü soruşmuşdu. Sonradan isə məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət əşyalarını yaratmaq barədə nə fikirləşdiyimi xəbər almışdı. Bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin və söhbətlərin təcəssümüdür. Mən böyük məmnuniyyətlə Leyla xanımın rəsmləri ilə tanış oldum, onun düşüncə tərzini öyrənməyə çalışdım. Beləliklə, onun əsərlərində əks olunan çalarları öz dizaynım və 40 illik təcrübəmlə birləşdirib zinət əşyaları yaratmağa başladım. Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi. Ümidvaram ki, yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. “İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.
“Stephen Webster” məhsulları zərgərlik aləmində həmişə cəsarətli, innovativ dizaynı ilə seçilir. Stiven Vebster Böyük Britaniya zərgərlik sənayesinə xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə təltif olunub. Onun kolleksiyalarının ideyası adətən ədəbiyyatdan, film və ya musiqidən qaynaqlanır. Dizayner ingilis şairi və rəssamı Vilyam Bleyk, fransız yazıçısı Jül Vern, ingilis yazıçısı Aqata Kristi kimi məşhurların əsərlərindən ilham alaraq zinət əşyaları hazırlayıb. Heydər Əliyev Mərkəzindəki sərgi martın 31-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar