Fransada rəsm əsərlərinin sərgisini təşkil edən Stella Beynəlxalq İncəsənət Cəmiyyətinin dəstəyi ilə Parisin məşhur “İsveçrə şəhərciyi”nin incəsənət qalereyasında azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb.

Sərgidə rəssamın yağlı boya ilə kətan üzərində yaratdığı 14 əsəri nümayiş olunur. “Uşaqlıq yuxuları” və “Bütün həyat - teatr” mövzularına sadiq qalan N.Nərimanbəyova fərdi sərgisində də bu mövzularla bağlı yeni əsərlər təqdim edib. Əsərlərə tamaşa edənlər bir anlıq olsa da, unudulmaz, saf və ecazkar uşaqlıq illərinə səyahət edirlər. Məhz bu baxımdan rəssamın əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Sərgiyə gələnlər azərbaycanlı rəssamın fırçasından çıxan “Sınmış qanadlar”, “Uçuş illüziyası”, “Gecə sehri”, “Nostalgiya” və “Arlekina və balerina” tablolarına xüsusi maraq göstəriblər. Fransanın “İncəsənət qəzeti”nin əməkdaşı Şantal Gionne deyib: “Nigar Nərimanbəyovanın rəsm əsərləri çox maraqlı olmaqla yanaşı, böyük rəmzi məna daşıyır. Rəssamın rəng seçimi onun bu sahədə böyük təcrübəsindən xəbər verir”.
Qalereyanın əməkdaşı Jorj Levi isə bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər bir tarixi - insanların yaddaşlarında əbədi iz salan uşaqlıq yuxularını tam əks etdirir. Tablolardakı rənglərin hər biri müəyyən dövrü xatırladır. Sərgi martın 16-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar