Xalq rəssamı Fərhad Xəlilovun əsərləri “Saatchi” qalereyasında təqdim olunacaq

“Buta” İncəsənət Mərkəzinin 2014-cü ilin noyabrından Londonda təşkil etdiyi Azərbaycan incəsənəti festivalının proqramında təsviri sənətə də yer verilib. Martın 11-dən 23-dək festival çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri Londondakı məşhur “Saatchi” qalereyasında sərgilənəcək.
“Buta” İncəsənət Mərkəzindən bildirilib ki, festivalın əsas məqsədi Azərbaycan mədəniyyəti və incəsənətini Londonda populyarlaşdırmaqdır. Əsərləri xaricdə satılan ən məhsuldar Azərbaycan rəssamlarından biri olan Fərhad Xəlilov rəngarəng üslubu ilə tanınan sənətkarlardandır. Bu, Fərhad Xəlilovun Londonda 2011-ci ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, Avropa incəsənət məkanında əsərlərinin növbəti təqdimatıdır. Sərgi xeyriyyəçi və rəsm əsərləri kolleksiyaçısı Fərhad Əhmədovun sponsorluğu ilə keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar