Martın 20-də Almaniyanın Köln şəhərində Novruz bayramı şənliklərində Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun pannosunun təqdimatı olacaq.
Almaniyada yaşayan rəssam bildirib ki, panno bahar bayramına həsr edilib. Əsərdə də bayramın milli tipajları, İçərişəhər, güləş və s. təsvir olunub.
Ə.Heybətovun yaradıcılığı istər vətəni Azərbaycanda, istərsə də Avropada yaxşı tanınır. Bu, onun Azərbaycana və ölkəmizin ənənələrinə həsr etdiyi ilk əsər deyil. Rəssamın “Ulu torpaq” pannosu Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar