Klassik xalça sənəti yeni interpretasiyada

Romada “Montoro 12 Contemporary Art” qalereyasının və "YAY!" Müasir İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi açılıb.
“Omnıa mutantur, nıhıl interıt” (“Hər şey dəyişilir, heç nə məhv olmur”) adlı sərgidə rəssam ənənəvi Azərbaycan xalılarının dizaynının müasir incəsənət əsərlərinə çevrildiyi yeni “xalça işləri” silsiləsini nümayiş etdirir. Bu silsilədə xalçaların bir hissəsində ənənəvi rəng çalarlarından, digər hissədə isə innovativ yanaşmalardan istifadə olunub. Sərgi italiyalı incəsənət sevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Faiq Əhməd bu sərginin təşkili ideyasının “Montoro 12 Contemporary Art” qalereyası tərəfindən irəli sürüldüyünü deyib. Vurğulayıb ki, incəsənətin önəmli mərkəzlərindən hesab olunan İtaliyada belə bir sərginin açılması əlamətdar hadisədir. İtaliyalı incəsənət həvəskarlarının bu sərgi haqqında fikirlərini böyük həyəcanla gözlədiyini qeyd edən rəssam gələcəkdə bu ölkədə daha irimiqyaslı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Faiq Əhmədin əsərləri indiyədək Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və Honkonqda sərgilənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar