Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təsviri sənət kafedrasının baş müəllimi, Rəssamlar İttifaqının üzvü Tamilla Abdullayevanın Novruz bayramına həsr olunan “Təbiətin naxışları” adlı fərdi sərgisi keçirilib. Açılışda ADMİU-nun rektoru, professor Fərəh Əliyeva bu cür tədbirlərin əhəmiyyətini, tələbələrin müəllimləri ilə yalnız dərsdə deyil, sərgiləri vasitəsilə də yaxından tanış olmasının, öyrənməsinin vacibliyini vurğulayıb, rəssamı gözəl əl işlərinə görə təbrik edib.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Xanlar Əhmədov, rəssam Fəxrəddin Qəhrəmanlı, ADMİU-nun professoru Arif Əziz və digər çıxış edənlər müəllifin yaradıcılığından, maraqlı, zəngin rəng çalarlı işlərindən söz açıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar