Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisi açılacaq. Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq.
Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. “İnsanların müasir incəsənətə olan marağının artmasına baxmayaraq, bəzən yeni ideya axtarışları, əsərin yaradılmasında orijinal yanaşma, özünəməxsus tərz formalaşdırmaq istəyi ilə fərqlənən yaradıcı insanların fəaliyyəti ictimaiyyət tərəfindən birmənalı qəbul edilmir. Belə rəssamlardan biri yaradıcılığı məna cəsarəti ilə seçilən, müasir incəsənətin ən xarizmatik nümayəndələrindən biri olan Vim Delvuadır”, - deyə “ön söz”də bildirilir. Qeyd olunur ki, sərgi tamaşaçılara dövrümüzün ən tanınmış neokonseptualistinin əsərləri ilə yaxından tanış olmağa imkan yaradır.
Vim Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. Psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. Əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır. Rəssamın Paris, Nyu-York, Lion, Venesiya və digər şəhərlərin muzeylərində fərdi sərgiləri açılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar