Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq. Muzeydən bildirilib ki, sərgidən əvvəl tanınmış incəsənət xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr olunmuş dəyirmi masa, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” kitabının təqdimatı təşkil olunacaq.
Sərgidə rəssamın 46 qrafik əsəri nümayiş etdiriləcək. Ekspozisiyada müəllifin müharibə mövzusunda “Darmadağın edilmiş faşist tankı”, “Anadan məktub”, “Bizim uşaqlar” silsiləsindən - “Mən sizə qulaq asıram”, “Rəsm çəkəcəyəm” kimi əsərləri ilə yanaşı, “A.Bakıxanov”, “Şair Əli Fəzli”, “Əbdülqasım Hüseynzadə” portretləri, Nizami, Məhsəti, Xətai, Hafiz və digər klassiklərin yaradıcılığına çəkilmiş illüstrasiyaları yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar