Kinoteatrda üçölçülü filmə baxmısınızsa, yəqin ki, ekrandakı subyektə toxunmaq da istəmisiniz. Kaliforniya Universitetinin alimləri bunu reallığa çevirmək üzərində işləyirlər. Onlar yeni texnologiyanı Neads-Up Virtual Reality (HUVR), yəni “mövcudluğun virtual reallığı” adlandırmışlar.
Texnologiyanın əsasında istifadəçinin əlinə impulslar ötürən xüsusi rabitə sensoru durur. Ekrandakı obyektdən, onun forması, teksturası və temperaturundan asılı olaraq, impulslar da dəyişir. Təsvirin özü isə standart üçölçülü ekranda ötürülür.
Bu növ texnologiyalar çoxdan məlumdur, lakin hələlik çox bahadır. Kaliforniya alimləri texnologiyanın maya dəyərini xeyli azaltmaq niyyətindədirlər. Bu texnologiyanın tətbiqi sahəsi geniş ola bilər. Məsələn, qiymətli sənəd, yaxud tapıntı üzərində işləyən tarixçi onu təsadüfən korlamamaq üçün bütün işləri məsafədən görə bilər.