Aprelin 22-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürdə” adlı fərdi sərgisi keçirilib.
Müəllifin sərgidəki əsərləri bütünlüklə muğama həsr olunub. Rəssam Azərbaycanın 7 əsas muğamı və onun şöbələrinə həsr olunmuş 80 əsərini sənətsevərlərə təqdim edib. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov tədbiri açaraq Fəxrəddin Əlinin məhsuldar yaradıcılıqla məşğul olduğunu bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında sənətkarın xalçaçı və miniatürçü rəssam kimi bir sıra uğurlara imza atdığını vurğulayıb, ona yeni nailiyyətlər arzulayıb.
Xalq rəssamı Arif Hüseynov, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, institutun əməkdaşı Yusif Günaydın rəssamın milliliyə əsaslanan yaradıcılığından söz açıblar. Müəllif özü də çıxış edərək sərgiyə gələn sənətsevərlərə təşəkkürünü bildirib.
Sonra tamaşaçılar sərgi ilə tanış olublar. Rəssamın nümayiş etdirilən əsərləri bu yaxınlarda AMEA-nın təşkilatçılığı ilə çap olunan “Azərbaycan muğamı miniatürdə” adlı kitabda bir araya gətirilib.
Qeyd edək ki, Fəxrəddin Əli 1938-ci il mayın 10-da Ermənistan SSR Mehri rayonunun Nüvədi kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1974-cü ildən AMEA Əlyazmalar İnstitutunda işləyir. Onun “Kitabi-Dədə Qorqud” mövzusunda, eləcə də Xaqani, Tusi, Füzuli, Vaqif və digər klassiklərin əsərləri əsasında işlədiyi miniatürlər və Azərbaycan mədəniyyət xadimlərinin portretləri Əlyazmalar İnstitutunda saxlanılır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar