Mayın 1-də Muzey Mərkəzində rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi açılacaq.
Muzeydən bildirilib ki, rəssamın yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olub, neft Bakısından bəhs edən əsərləri böyük maraqla qarşılanıb. Rəssamın “Abşeronun orqanı” əsəri 1973-cü ildə “Smena” jurnalının aprel nömrəsinin üz qabığını bəzəyib.
Postsovet dövründə rəssamın sənət dünyasında əzəmətli sənaye kompozisiyalarını həndəsi natürmortlar əvəz edib. O, tamaşaçını qəfil çevrilmələr və gözlənilməz gedişlərlə təəccübləndirərək özünü op-art (optik incəsənət) janrında da uğurla sınayıb. Abşeron qəsəbələrinin təbiəti, dəniz, Bakının Bilgəh, Nardaran, Buzovna qəsəbələrinin sadə, lakin çox doğma memarlığı ətraflı və zərifliklə onun əsərlərində əksini tapıb. Rəssam 2012-ci ildə Londonda keçirilən “Fly to Baku” sərgisinin iştirakçısı olub.
Ə.Əsgərovun Muzey Mərkəzində fərdi sərgisi mayın 10-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar