Aprelin 29-da TÜRKSOY-un Tatarıstan Respublikası, Ankara Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Ankaradakı ATO konqres zalında “Rəqs və musiqilərlə Tatarıstan” adlı möhtəşəm konsert proqramı keçirilib.
Konsertdən öncə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə foto və əl sənətləri sərgisinin açılışı olub.
Ənənəvi musiqidən klassik musiqiyə, xalq rəqslərindən müasir rəqslərədək ifaların yer aldığı konserti 3 min tamaşaçı izləyib.
Tatarıstan Dövlət Simfonik Orkestri, Tatarıstan Dövlət Folklor Musiqi Ansamblı, Kazan Rəqs Qrupu, Tatarıstanın tanınmış opera sənətkarları Rigina Valiyeva, Gülnarə Rəhimova, Ruzi Gatin, İlham Valyiev, Rusiya Federasiyasında gerçəkləşən “Gənc səslər” müsabiqəsinin qalibi Səidə Məhəmmədzenova və virtuoz akkordeonçu Almaz Əhmədzanovun çıxışları gecəyə rəng qatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar