Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının ilk hesabat konserti keçirilib.

SSRİ Xalq artisti, professor Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunan hesabat konsertində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin məzunları, tələbələri və ümumi orta təhsil pilləsinin şagirdləri iştirak ediblər.
Akademiyanın V.Çabukiani adına festivalın laureatı olan tələbələri və qonaq qismində Cənubi Afrika Respublikası vətəndaşı, beynəlxalq müsabiqələr laureatı Corcia Vulf Azərbaycan milli, dünya və klassik rəqs nümunələri ilə çıxış ediblər. Konsert nömrələrinin quruluşu və hazırlanmasında akademiyanın aparıcı müəllimləri Yusif Qasımov, Ella Hacıyeva, Lyudmila Həsənova, Lyudmila Çernousova, Kamilla Əliyeva, Tamilla Məmmədova, Emin Əliyev və Səbinə Qasımova iştirak ediblər.
Qonaq qismində iştirak edən Corcia Vulf həmvətənimiz baletmeyster Azər Mirzəyevin quruluşunda “Sarı gəlin” Azərbaycan xalq rəqsini təqdim edib. Konsertə bədii rəhbərliyi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Mədinə Əliyeva edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar