İyunun 10-da "Qalereya 1969" salonunda “Bakı-2015” I Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Zamanın rəngləri" adlı sərgi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən sərgidə Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqa fırça ustalarının əsərləri nümayiş olunacaq.
Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan bu qalereyanın kolleksiyasında illər ərzində toplanmış, yüksək bədii dəyərə malik əsərləri geniş auditoriyaya təqdim etməkdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar