İyunun 12-də Parisdə, Luvr Muzeyinin “Carussel de Louvre” qalereyasında beynəlxalq təsviri sənət festivalının açılışı olacaq. Festivalda bir çox ölkələrdən gələn məşhur rəssamlarla yanaşı, gənc istedadlar da öz əsərlərini nümayiş etdirəcəklər.
Ekspozisiyada Azərbaycanın tanınmış rəssamı Əsmər Nərimanbəyovanın "Asmar Art" adlı pavilyonunda Esmira Güləhmədova, Cəmalə Rəhmanlı və Zərifə Əsədovanın əsərləri sərgilənəcək.
Bu arada Fransanın paytaxtında yerləşən “Russki mir” qalereyasında “Paris təəssüratları” adlı sərgi açılıb. Sərgidə “Baku Art Corner” uşaq yaradıcılığı studiyası üzvlərinin rəsmləri təqdim olunub. Bakıdan gəlmiş 4-11 yaş arasında uşaqlar tanınmış rəssamlar Əsmər Nərimanbəyova və Səfiyyə Mirbabayevanın rəhbərliyi altında paytaxtın mənzərəli qəsəbələrində - Versal, Fontenblo, Barbizon, Jivernidə rəsmlər çəkiblər və sərgidə təqdim ediblər. Nümayiş etdirilən işlərin sırasında Bakıdan gətirilən rəsmlər də var.
Sərgiyə dəvət edilmiş UNESCO-nun əməkdaşları Günay Fərədova və Nigar Babayeva uşaqları təbrik edib, onlara diplom və xatirə hədiyyələri təqdim ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar