Müsabiqənin üç qalibi bu ölkəyə səyahət edəcək

İyunun 10-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” adlı ənənəvi müsabiqənin yekun sərgisinin açılışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bu il səkkizinci dəfə keçirilən müsabiqə Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Qız qalası” və “Berlin-Bakı” rəsm qalereyalarının, digər şirkətlərin sponsorluğu ilə təşkil olunub.
İştirakçıları və qonaqları salamlayan Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib. Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayan diplomat diqqətə çatdırıb ki, budəfəki sərgidə 60 rəsm əsəri nümayiş olunur. Səfir bütün rəsmlərin ayrı-ayrılıqda ustalıqla işləndiyini və bu rəssamlarla qürur duyduğunu bildirib.
“Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqəsində ilk üç yerə layiq görülən rəsm əsərlərinin müəllifləri Almaniyaya səfər etmək hüququ qazanıblar. Digər iştirakçılara isə hədiyyə və sertifikat təqdim olunub.
Səfir çıxışı zamanı Bakıda start götürəcək ilk Avropa Oyunlarına da diqqət çəkib. Bu mötəbər idman tədbiri münasibətilə hər kəsi təbrik edən almaniyalı diplomat “Bakı-2015”i idman aləmində çox önəmli və tarixi hadisə kimi dəyərləndirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar