İyunun 15-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Balaca böyüklərin dünyası” adlı fotosərgi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda ilk dəfə uşaq fotosərgisi keçirilir. Tədbirdə xalq rəssamları Ağəli İbrahimov və Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.
Həvəskar fotoqraf İrina Abdullahın əsərlərinin nümayiş olunduğu sərginin əsas məqsədi uşaqların böyüdüyü ailə dəyərlərinin qorunması, onların xoşbəxt gələcəklərinin təmin edilməsidir.
Xeyriyyə məqsədilə açılan fotosərgidə 64 əsər nümayiş olunur. Sərgidən əldə olunan gəlirlə kimsəsiz və fiziki qüsurlu uşaqlara yardım göstəriləcək. Fotosərgi 4 gün davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar