YAY qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı ekspozisiya

YARAT Müasir İncəsənət Mərkəzinin İçərişəhərdəki YAY qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi açılıb. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri nümayiş etdirilir.
Dubayda yerləşən Quadro qalereyasının tərəfdaşlığı ilə hazırlanan sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri əl işlərini təqdim ediblər. Əsərlərin başlıca mövzusu şəxsiyyət, ev və yaddaş arasında qarşılıqlı əlaqədir.
Layihə iştirakçılarından Roberto Lopardo “Bakının xəritəsini çəkərək” (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlayıb. Sərginin açılışına qatılanlar burada nümayiş olunan əsərləri böyük maraqla qarşılayıblar. Avqustun 31-dək davam edəcək “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgiyə giriş sərbəstdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar