Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir.
İsrailin rəqs qrupundan “Bax üçün laylay”
İyunun 20-də Heydər Əliyev Sarayında İsrailin Kibbutz Müasir Rəqs Şirkətinin gənc baletmeysterlərinin ifasında dünya şöhrətli xoreoqraf və qurumun bədii rəhbəri Rami Beerin “Bax üçün laylay” proqramı təqdim olunub.
İsrailin şimalındakı rəqs qəsəbəsi kimi tanınan Kibbutz Gaatandan gəlmiş qonaqların səhnə məharətləri geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb.
Qrupun rəhbəri Rami Beer bildirib ki, birinci Avropa Oyunları günlərində çıxış etmək üçün Bakıya dəvət edilməyindən şərəf duyur. O deyib: “Təqdim etdiyimiz proqramda dünya dəyişir, o, dağılır və yenidən qurulur. Nəsillər yetişir. Nəsillər məhv olur. Lakin laylalar musiqi kimi əbədi yaşayır”.
Qeyd edək ki, Kibbutz Müasir Rəqs Şirkəti 1970-ci ildə Yehudit Arnon tərəfindən təsis edilib və dünyanın aparıcı müasir rəqs şirkəti kimi tanınır.
“Todes” baletindən möhtəşəm “Diqqət”
İyunun 22-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış “Todes” rəqs kollektivi “Attention” (“Diqqət”) adlı şou balet konsertini təqdim etdi. Maraqlı səs və rəng effektləri ilə müşayiət edilən, fərdi və kollektiv halda nümayiş olunan rəqsləri tamaşaçılar böyük maraqla izlədilər. Proqram boyunca təqdim olunan hər bir kompozisiya möhtəşəm ifa tərzi ilə seçilirdi və tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.
Qeyd edək ki, 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop və caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı bir qrupdur. “Todes” təkcə MDB-də deyil, həmçinin Avropa və dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Bu qeyri-adi rəqs kollektivini “Rəqs imperiyası” da adlandırırlar.
İtaliya və Azərbaycan musiqiçilərinin birgə proqramı
Avropa Oyunları ilə bağlı daha bir konsert proqramı iyunun 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək. Musiqi axşamında İtaliyanın “Le Dev4s” ansamblı və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri birgə proqramla çıxış edəcək.
Musiqiçi və prodüser Françeska Volpini tərəfindən yaradılmış "Le Dev4s" dörd italiyalı sopranodan ibarət ansambldır. Qadınlardan ibarət olan ansambl Motsart, Bellini, Verdi və Puççini də daxil olmaqla dünyaca məşhur bəstəkarların opera nümunələrinin və mahnıların interpretasiyasını təqdim edir.
Heydər Əliyev Sarayında daha iki konsert
İdman bayramı ilə bağlı Heydər Əliyev Sarayında daha iki konsert təqdim olunacaq. İyunun 25-də Azərbaycan Aşıqlar Birliyi ilə birgə təşkil olunacaq “Yaxşı ki, sən varsan, ay sədəfli Saz!” adlı böyük aşıq konsertində əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva, Ağamurad İsrafilov, eləcə də Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu və başqa aşıqlar çıxış edəcək.
İyunun 26-da isə Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın “Rhythm of the dance" rəqs qrupunun "Back to our İrish Roots" (“İrland köklərimizə qayıdış”) konserti keçiriləcək. Tamaşaçılara musiqinin, rəqsin, teatrın, xüsusi işıq effektlərinin və improvizasiyaların yer aldığı bənzərsiz şou təqdim olunacaq.
Fariz Hüseynov