Əşrəf Heybətovun Avropa Oyunlarına həsr olunmuş sərgisi

İyunun 26-da Bakıdakı “Art Villa” qalereyasında Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun “Şəhər və insanlar” adlı fərdi sərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan”ın təşkilatçılığı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə keçirilir. “Arts Council Azerbaijan” təşkilatından bildirilib ki, sərgi paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına həsr olunub.
1951-ci ildə Bakıda anadan olan Əşrəf Heybətov UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvüdür. İlin çox hissəsini Almaniyada və Moskvada keçirən rəssam tez-tez doğma şəhərə də gəlir. Fırça ustası Azərbaycanla bağlı böyük tematik tabloların müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar