Bakıda keçirilən I Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir.
İyunun 26-da Heydər Əliyev Sarayında İrlandiyanın qədim rəqs ənənələrini yaşadan və onları müasir formada təqdim edən “Rhythm of the Dance” qrupunun konserti olacaq. Dünyanın bir çox ölkələrində çıxış etmiş qrup ənənəvi və müasir rəqsləri, eləcə də fərqli geyimləri ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb.
Bakıda təqdim olunacaq şouda canlı orkestr, üç tenor və 20-dən çox rəqqasın çıxışı gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar