Əməkdar rəssam Əşrəf Heybətovun “Cənub şəhər və insanlar”ı

İyunun 26-da saat 19.00-da Bakıdakı “Art Villa” qalereyasında Azərbaycanın Əməkdar rəssamı, UNESCO Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh səfiri" Əşrəf Heybətovun “Cənub şəhər və insanlar” adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
“Arts Council Azerbaijan”ın təşkilatçılığı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə təşkil edilən sərgi paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına həsr olunub. Sərgidə rəssamın Bakı və onun insanlarından bəhs edən 30-a yaxın əsəri nümayiş olunacaq. Mərasimdə gənc bəstəkar Sevinc Tofiqqızının I Avropa Oyunlarına ithaf etdiyi mahnı və klipinin təqdimatı da olacaq.
1951-ci ildə Bakıda anadan olan Əşrəf Heybətov UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvüdür. “Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. 2006-cı ildə rəssam dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
İlin bir hissəsini Almaniyada və Moskvada keçirən rəssam tez-tez doğma şəhərə gəlir. Fırça ustası Azərbaycan, Bakı, dünyaya gəldiyi İçərişəhərlə bağlı tematik tabloların müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar